TEATRDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Teatrın, F.Köçərli adına Respublika uşaq kitabxanasının və Səbail rayonundakı 134 nömrəli məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fevralın 25-dən 26-na keçən gecə qaniçən erməni silahlı birləşmələrinin Xankəndidə yerləşən sovet ordusuna məxsus 366-cı motoatıcı alayın bilavasitə köməyi ilə Xocalı şəhərində törətdikləri vəhşiliklərdən, dinc əhaliyə qarşı qəddarlıqla həyata keçirdikləri soyqırımından bəhs olunmuşdur.
Mərasim iştirakçılarına teatrın vətənpərvərlik mövzusunda hazırladığı “Vətən” tamaşası göstərilmişdir. Əsas rollarda Namiq Adiloğlu, Zaur Şirməmmədli, Samir Həşimli çıxış etmişlər.
Tamaşa maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]