Təbii fəlakət Tovuz rayonunun dağ kəndlərində bir sıra fəsadlar törətmişdir
Tovuz, 11 iyun (AZƏRTAC). İyunun 10-da axşamdan başlayaraq Tovuz rayonu ərazisinə güclü tufanla müşayiət olunan leysan yağışları və dolu düşmüşdür.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, təbii fəlakət nəticəsində rayonun dağ kəndlərindən olan Çatax, Böyük Qışlaq, Səfərli, Qaradaş, Qaralar, Qayadibi, Qandallar, Kazımlı kəndlərində vətəndaşların təsərrüfatlarına, yaşayış evlərinə, yollara, ictimai binalara, sahibkar obyektlərinə və digər infrastrukturlarına ciddi ziyan dəymişdir.
Dağlardan gələn sel yolları qum-çınqılla örtmüş, su keçidlərini doldurmuş, Tovuz -Qaralar avtomobil yolunun bir neçə hissəsində sürüşmələr yaratmışdır. Elektrik təsərrüfatına ciddi ziyan dəymiş və yuxarıda adları çəkilən kəndlərə elektrik enerjisinin verilişi dayandırılmışdır.
Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən təbii fəlakətin nəticələri dəqiqləşdirilir və fəsadlar aradan qaldırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]