Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində təcili tədbirlər görülür
Gəncə, 11 iyun (AZƏRTAC, Sabir Əliyev). Xəbər verdiyimiz kimi, iyunun 10-da Gəncə şəhərində güclü yağışla müşayiət olunan qasırğa baş vermişdir.
AZƏRTAC xəbər verir ki, hazırda şəhərdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində təcili tədbirlər görülür.
Bu məqsədlə xüsusi qərargah yaradılmış, şəhər təsərrüfatlarının kollektivləri səfərbərliyə alınmışdır. Hazırda şəhərin qaz və elektrik enerjisində bərpa işləri sürətlə davam etdirilir.
Qərargahdan verilən məlumata görə, artıq işıq təsərrüfatının 80 faizi bərpa edilmişdir. Şəhərə qazın verilməsinin bu gün saat 18-dək bərpa edilməsi gözlənilir.
Şəhər yaşıllaşdırma idarəsinin əməkdaşları qasırğa nəticəsində yıxılmış 50-dək ağacın doğranılaraq daşınmasını təmin etmişlər.
Bu istiqamətdə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]