Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib
Bakı, 24 dekabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Mədinə şəhəri (Səudiyyə Ərəbistanı) 2017-ci ilin, Təbriz (İran) şəhəri isə 2018-ci ilin İslam turizm paytaxtları seçilib. Nazirlər Türkiyənin Konya şəhərini 2016-cı ilin İslam turizm paytaxtı kimi təsdiq ediblər.
Qeyd edək ki, bu ada namizədlər arasında Yəzd (İran), Tayping (Malayziya), Silhet (Banqladeş), Yaqrhat (Banqladeş) və Mardin (Türkiyə) kimi şəhərlər də var idi.
Tədbirdə çıxış edən İƏT-in baş katibi İyad Əmin Mədəni təşkilata üzv dövlətlərdə turizm sektorunun daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb, qeyd edib ki, üzv ölkələr 2013-cü ildə 147 milyon turist qəbul ediblər ki, bu da 2009-cu il göstəricisindən (156 milyon turist) çoxdur. Əldə edilən gəlirdə isə 20 milyard artım qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]