TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ İLƏ ƏLAQƏDAR 15 MİN HƏRBÇİ VƏ JANDARM SƏFƏRBƏRLİYƏ ALINACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İkinci Dünya müharibəsində ikinci cəbhənin açılmasının 60-cı ildönümü münasibətilə iyunun 5-6-da Fransada keçiriləcək tədbirlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə 9 min hərbçi və 6 min jandarm səfərbərliyə alınacaqdır. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat vermişdir.
Bayram tədbirlərində 17 ölkənin dövlət və hökumət başçıları, o cümlədən Amerika Birləşmiş Ştatlarının Prezidenti Jorc Buş, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İngiltərənin Baş naziri Toni Bleyer və Almaniya kansleri Gerhard Şröder iştirak edəcəklər.
Tədbirlər keçirilən müddətdə döyüş təyyarələri, hərbi vertolyotlar, bir neçə hərbi gəmi səmadan və dənizdən təhlükəsizliyi təmin olunmasına nəzarət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]