Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tehranda İran ilə Azərbaycanın əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib VİDEO

Tehranda İran ilə Azərbaycanın əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib VİDEO

Tehran, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsində İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin əsaslı şəkildə artırılması, viza, gömrük sisteminin sadələşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mahmud Vaizi Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, son 10 ildə ölkəmizin, xüsusilə paytaxt Bakının çox sürətlə inkişaf etdiyini vurğulayıb.

Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini ehtiramla yad etdiyinə görə Mahmud Vaiziyə təşəkkür edən Əli Həsənov dedi ki, Heydər Əliyev 1990-cı illərdə İran ilə yaxın və səmimi dostluq əlaqələri qurub, bu əlaqələr hər iki dövlətin qarşılıqlı əməkdaşlığını təmin edib. Ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan dövləti sülh siyasəti yürüdərək digər xalqlar və dövlətlərlə yaxın əməkdaşlıq əlaqələri qurub. Azərbaycan İranı özünün yaxın dostu hesab edir və bütün sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etməsinə çalışır.

Baş nazirin müavini bu günlərdə İranın Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı söylədiyi “Azərbaycan və İran xalqlarının tarixi əlaqələri böyük bir ağacın kökləri kimi dərinliklərə gedib çıxır və bunu qoparmaq mümkün deyil” fikrini xatırladaraq, diqqətə çatdırdı ki, qarşılıqlı səfərlər artdıqca ortaya çıxan problemlər də həllini tapır və əlaqələrimiz daha da yaxşılaşır.

Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov hələ 2002-ci ildə İrana səfəri zamanı bu komissiyanın sabiq rəhbəri ilə görüşdüyünü və onunla olduqca vacib məsələlərin müzakirə edildiyini bildirdi. Vurğulandı ki, İran-İraq müharibəsi dövründə İran da qaçqınlar problemi ilə qarşılaşıb. Ona görə də İranın qaçqınlarla iş üzrə böyük təcrübəsi var və bu sahədə təcrübə mübadiləsinin aparılması faydalı olar. Əli Həsənov müştərək komissiyada humanitar sahədə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində də yaxından əməkdaşlığın zəruriliyini bildirdi, bu iki məsələnin komissiyada müzakirəsini təklif etdi. Qeyd olundu ki, Ordubad-Marazad və Xudafərində “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi də zəruridir.

Vurğulandı ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollar həcmində olması qənaətbəxş deyil. Həm Azərbaycanın, həm də İranın iqtisadi və istehsal potensialı ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin dəfələrlə yüksəldilməsinə imkan verir. Tərəflər bu imkandan maksimum istifadə edərək dövriyyənin artırılmasına çalışmalıdırlar.

Azərbaycanın inkişaf istiqamətləri haqqında məlumat verən Əli Həsənov diqqətə çatdırdı ki, Prezident İlham Əliyev 5 istiqamət üzrə inkişaf strategiyası müəyyənləşdirib. Birincisi, dövlət büdcəsinin neftdən asılılığını sıfıra endirməkdir. Bu sahədə artıq bir çox işlər görülüb və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. İkincisi, 2020-ci ilə qədər Azərbaycanda bir nəfər də olsun yoxsul olmamalıdır. Həyata keçirilən tədbirlərin nəticəsində bu gün Azərbaycanda yoxsulluğun səviyyəsi cəmi 5 faiz təşkil edir. Üçüncüsü, 2020-ci ilədək Azərbaycan inkişaf edən ölkədən inkişaf etmiş ölkəyə çevrilməlidir. Azərbaycanın sosial-iqtisadi inkişaf tempi bu planın reallaşmasını şərtləndirib. Dördüncüsü, Azərbaycanda korrupsiya ilə mübarizə daha da gücləndiriləcək və bu sosial bəla birdəfəlik aradan qaldırılacaq. Beşincisi, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində səylər daha da artırılacaq. Əli Həsənov bu istiqamətləri sadalayaraq bildirdi ki, hər bir istiqamət üzrə konkret dövlət proqramları işlənib hazırlanıb və icra olunmaqdadır.

Əli Həsənov Mahmud Vaizini Azərbaycana səfərə dəvət etdi.

Səmimi söhbətə görə təşəkkürünü bildirən Mahmud Vaizi qeyd etdi ki, İranın və Azərbaycanın prezidentləri cari ildə müxtəlif dövlətlərdə 4 dəfə görüşərək ölkələrimiz arasındakı dostluq əlaqələrini müzakirə ediblər. Hər iki dövlət başçısı siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafında yeni mərhələnin əsasını yaradıblar. Məhz prezidentlərin səyləri nəticəsində İran ilə Azərbaycanın arasında əməkdaşlığa dair 10 sənəd imzalanıb.

İran Prezidentinin Bakıya səfəri zamanı möhtəşəm Heydər Əliyev Mərkəzində İranın və Azərbaycanın iş adamlarının iştirakı ilə keçirilən biznes forumda Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin çıxışlarını xatırlayan Mahmud Vaizi dedi ki, bu forum iş adamlarının əlaqəli fəaliyyətləri üçün geniş şərait yaradacaq.

Narkotik maddələrin qaçaqmalçılığının qarşısının alınması, humanitar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın qurulması haqqında Əli Həsənovun təkliflərini yüksək qiymətləndirən Mahmud Vaizi bu məsələlərin komissiya tərəfindən araşdırılacağını bildirdi.

Mahmud Vaizi diqqətə çatdırdı ki, İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasının vəziyyətini başa düşür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər rəsmi Tehran Azərbaycan hökumətinin hazırda blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə bağlı bütün xahişlərinə əməl edəcək.

Söhbət zamanı, həmçinin ticarət, bank, özəl sektorlar arasındakı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Tehranda İran ilə Azərbaycanın əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib