Təhsil işçiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.