Təhsil naziri “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandıracaq
Bakı, 16 mart, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayev martın 18-i saat 16:00-da canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandıracaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir E.Əmrullayev “facebook” hesabı üzərindən təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə yanaşı, mövzuya dair sizləri maraqlandıran digər sualları da cavablandıracaq. Sualları təhsil nazirinin “facebook” səhifəsində paylaşdığı bugünkü postunun rəy bölməsində martın 17-i saat 18:00-dək yaza bilərsiniz. Canlı yayım zamanı suallar cavablandırılacaq.
Keçirilən sorğu çərçivəsində ümumilikdə 9 minədək rəy qəbul olunub və sorğu hələ də davam edir. Sorğuda iştirak etmək üçün müvafiq keçid linkindən istifadə edə bilərsiniz: https://bit.ly/3tlxXNz
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]