Təhsil Nazirliyi: Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyənlərin nəzərinə
Bakı, 13 mart, AZƏRTAC
Cari ilin mart ayı ərzində yaranan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul edilmiş müəllimlərin daimiləşmə müsabiqəsində iştirakının təmin edilməsi məqsədilə elektron sənəd qəbulunun müddəti uzadılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər martın 13-dən 19-dək http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə biləcəklər. Daimiləşmə müsahibələrinin keçiriləcəyi tarix məlum deyil. Elektron sənəd qəbulu başa çatdıqdan sonra bu barədə məlumat veriləcək.
Xatırladaq ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]