ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: İctimai Şura üzvləri ilə yeni tədris ilinə dair müzakirə aparılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirilib. Onlayn görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, eləcə də tədris planları və nümunəvi dərs cədvəlləri barədə geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, yeni tədris ilinin təşkilinə dair keçirilmiş ictimai sorğunun nəticələri müzakirə olunub, təkliflər dinlənilib.