Təhsil Nazirliyi: Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə nazirliyin “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər planı”nda qeyd edilib.
Tədbirlər planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.
Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:23]
BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib
- 27.09.2026 [18:17]
Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar
- 27.09.2026 [13:47]
Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov
- 27.09.2026 [13:38]
“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası
- 27.09.2026 [13:12]
Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü
- 27.09.2026 [12:58]
Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov
- 27.09.2026 [12:41]
Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti
- 27.09.2026 [12:23]