TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Təhsil Nazirliyində YUNİSEF-in nümayəndələri ilə görüş keçirilmişdir. Bu barədə AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, qurumun strateji təhlil və planlaşdırma şöbəsi əməkdaşlarının, uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının, Təhsilə və tədrisə yardım mərkəzinin, Müəllim-şagird-valideyn Assosiasiyasının və digər yerli QHT nümayəndələrinin iştirak etdikləri görüşdə nazirliyin və YUNİSEF–in 2006-cı il üçün birgə fəaliyyət planı əsasında görülmüş işlər müzakirə edilmişdir.
Eyni zamanda “Məktəb uşağın dostudur” layihəsinin yerlərdə ilkin monitorinqinin nəticələri və ümumilikdə layihənin icrası barədə danışılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]