TƏHSİL NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Nazir Misir Mərdanov çıxış edərək, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən danışmış, Şimali İrlandiyada dünyanın aparıcı innovasiya texnologiyaları şirkətlərindən biri olan HP-nin müvafiq “Classroom-2000” (C2K) layihəsi ilə tanış olduqlarını bildirmişdir.
Qeyd olunmuşdur ki, ümumi dəyəri 150 milyon funt sterlinq olan layihə təxminən 20 min müəllimi və 350 min şagirdi dünyanın ən böyük elektron təhsil şəbəkəsində birləşdirir.
“Hewlett Packard” şirkətinin MDB üzrə baş direktoru Hilmar Lorens, Azərbaycan üzrə baş meneceri Rüfət Hacıəlibəyov təhsil müəssisələrində informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini vurğulamışlar.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]