Təhsil Nazirliyində vətəndaşların videoqəbulu davam etdirilir
Bakı, 20 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 1-dək fəaliyyətini dayandırıb. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatda təşkil edilir.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, məqsəd vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnuniyyətinin artırılmasıdır. Qısa müddət ərzində 100-ə yaxın vətəndaş videoqəbulda iştirak edib və qeyd olunan müraciətlərin bir qismi operativ olaraq yerində həllini tapıb. Videoqəbulda iştirak edən vətəndaşların digər müraciətləri üzrə qaldırılan məsələlərin həlli üzrə isə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]