Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinin fəaliyyəti müvəqqəti dayandırılıb
Bakı, 1 iyun, AZƏRTAC
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 15-dək fəaliyyətini dayandırıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Qeyd edilib ki, rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:25]
Nazir: Türkiyə dostluq körpüləri vasitəsilə ortaq gələcəyi qurur
- 18.06.2026 [16:20]
AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb
- 18.06.2026 [13:27]
Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr
- 18.06.2026 [13:18]