TƏLİM KURSLARINDA 39 ALİ MƏKTƏBİN NÜMAYƏNDƏLƏRİ İŞTİRAK EDİRLƏR
Bakı, 14 iyul (AZƏRTAC). Gənclər və İdman Nazirliyi, ABŞ-ın “Respublikaçılar İnstitutu”nun təlimçiləri respublikanın ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri üçün “Təşkilati idarəertmə” mövzusunda təlim kursu keçir. Təlim kursunda Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıtda fəaliyyət göstərən 39 ali məktəbin tələbə-gənclər təşkilatlarının sədrləri iştirak edirlər.
Kursun əsas məqsədi yeni seçilmiş tələbə-gənclər təşkilatları sədrlərinə liderlik, idarəetmə vərdişlərinin mənimsənilməsi, ictimaiyyətlə əlaqələrin qurulması, habelə, kütlə qarşısında çıxış etmək bacarığı kimi vacib keyfiyyətlərin aşılanmasında kömək etməkdir.
Dinləyicilərin proqramı mənimsəmələrini yoxlamaq məqsədi ilə kursun sonunda sorğu keçiriləcək, bacarığı, idarəetmə keyfiyyətləri ilə seçilənlərin yaxın zamanlarda təsis edilməsi nəzərdə tutulan “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin rəhbər orqanlarına seçilmək üçün namizədlikləri veriləcəkdir.
Kurslar iyulun 16-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]