TƏLİMLƏR GƏNCLƏRİ İDMANA HƏVƏSLƏNDİRMƏK MƏQSƏDİ DAŞIYIR
AZƏRTAC xəbər verir ki, noyabrın 26-da British Council təşkilatının dəstəyi ilə Böyük Britaniyanın Youth Sport Trust Fondunun mütəxəssisləri - Nik Pink və xanım Co Bukannan-Smit paytaxtın 23 nömrəli orta məktəbində şagirdlər və idman müəllimləri üçün nümunəvi məşğələlər keçirmişlər.
Məşğələlər zamanı Nik Pink və xanım Co Bukannan-Smit iştirakçıları Birləşmiş Krallıqda fiziki tərbiyə və məktəbdə idmanın təşkili sahəsində qabaqcıl strategiyanın metodoloji əsasları və kurrikulum bazası ilə tanış etmişlər.
Təlimçilər noyabrın 28-29-da Azərbaycan Müəllimlər İnstitutunda idman mütəxəssisləri üçün Youth Sport Trust Fondu tərəfindən məktəblərdə fiziki tərbiyə və idman dərslərini dəstəkləmək məqsədi ilə işlənib hazırlanmış TOP proqramları üzrə treninqlər keçirəcəklər. Proqramlar müəllimlərə 18 yaşadək müxtəlif yaş qruplarında olan uşaqlar üçün şən, təhlükəsiz və inkluziv məşğələlər keçməkdə yardımçı olacaqdır.
Bu təlimlər Böyük Britaniya hökuməti tərəfindən irəli sürülən və bütün dünyada gəncləri idmana həvəsləndirmək məqsədi daşıyan proqram çərçivəsində həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]