Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub
Bakı, 13 mart, AZƏRTAC
Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.