“TƏMİZ HAVA” AYLIĞINA YEKUN VURULMUŞDUR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, reydlərin gedişində yol polisinin stasionar postlarında, əsas avtomagistrallarda, ölkənin bütün ərazisində avtonəqliyyat müəssisələrində ətraf mühiti müəyyən edilmiş normalardan artıq həcmlərdə işlənmiş qazlarla çirkləndirən avtomobillərin istismarına görə 52 hüquqi və inzibati şəxs inzibati qaydada 1290 manat məbləğində cərimələnmişdir. Təbiəti mühafizə qanunvericiliyi pozuntularının aşkar olunduğu 57 avtonəqliyyat müəssisəsinə qarşı 1507 manat məbləğində iddialar irəli sürülmüşdür. Magistral yollarda 35037 avtomobil fərdi qaydada yoxlanılmışdır. Yol polisi əməkdaşları 6570 avtomaşın sahibləri barəsində cərimə ödənilməsinə dair inzibati protokollar tərtib etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]