TEMPUS layihəsi çərçivəsində ikili diplom proqrami sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 26 aprel, AZƏRTAC
İspaniya Krallığının Girona Universitetinin təşəbbüsü ilə Avropa Komissiyasının “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr və magistr hazırlığı” TEMPUS layihəsi çərçivəsində tədbir təşkil olunub.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək, ATMU-da tədrisin təşkili, xarici əlaqələrin qurulması və səmərəli mübadilə proqramları, qazanılan təcrübə prosesində qarşıya çıxan problemlərdən danışıb.
Bildirilib ki, TEMPUS layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrinin - Portuqaliya, İspaniya, Rumıniya, Bolqarıstan və s. ali təhsil müəssisələri əməkdaş universitet statusunda fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar.
Tədbirdə ikili diplom proqramı sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə predmeti olub.