İDMAN
Təşkilatçılar UEFA Avropa Liqasının final oyununun açılışında azarkeşlərə unudulmaz anlar vəd edirlər
Bakı, 29 may, AZƏRTAC
UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu tamaşaçılara unudulmaz anlar yaşadacaq.
AZƏRTAC xəbər verir ki, hazırda müğənni açılış mərasiminə hazırlığı davam etdirir. Conas Blu möhtəşəm açılış mərasimində 150 yerli rəqqasla birlikdə səhnəyə çıxacaq.
Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunacaq bu möhtəşəm ifanın zəngin və müxtəlif elementləri ehtiva edəcəyi gözlənilir. Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa edəcək və tamaşaçılara müsbət enerjini verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya ehtiramını bildirəcək.
Açılış mərasiminin prodüseri Polşa şirkəti “Platige Image”dir. Bu şirkət indiyədək yeddi UEFA mərasiminin hazırlanmasında iştirak edib. UEFA Avropa Liqasının Bakıdakı final matçının açılış mərasimi dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf, dəb şoularının rejissoru və səhnə rejissoru Valdek Şimkoviakdır.