“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq
Bakı, 23 iyul, AZƏRTAC
Amerikanın “Tesla” avtomobil istehsalçısı 2025-ci ildə insanabənzər robotlardan istifadə etməyə başlayacaq. Kompaniya, həmçinin 2026-cı ildən həmin robotların satış üçün kütləvi istehsalını təşkil edəcək.
AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, kompaniyanın rəhbəri İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.
Bir neçə ildir belə robotlar üzərində şalısan “Tesla” onların ağır tapşırıqları yerinə yetirə biləcəyini, eləcə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıracağını və istehsalın səmərəliliyini artıracağını düşünür.
Mart ayında İlon Mask “Optimus” adlı insanabənzər robotların fabrikdə hərəkət etməsinin və sadə tapşırıqları yerinə yetirməsinin əks olunduğu videoları yayımlayıb. “Optimus”un “Tesla” fabriklərində fəaliyyət göstərəcəyini elan edən milyarder, həmçinin onların birinin təxminən 20 min dollara satışa çıxarılacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]