TEYMUR KUTSEBA – ALEKSANDR QLOTOV DUETİ DÜNYA ÇEMPİONATINI 14-CÜ PILLƏDƏ BAŞA VURMUŞDUR
Bakı, 8 avqust (AZƏRTAC). Fransanın Briv-la-Qayard şəhərində keçirilən yeniyetmələr arasında akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri Teymur Kutseba və Aleksandr Qlotovdan ibarət duet çıxışını başa vurmuşdur. İkinəfərlik sükansız qayıqda mübarizə aparan avarçəkənlərimiz bu kateqoriyada 26 iştirakçı cütlük arasında 14-cü yeri tutmuşdur.
Son olaraq, C finalına qatılan həmyerlilərimiz yalnız ABŞ təmsilçilərindən cəmi 170 mikrosaniyə geri qalmışlar. Kutseba - Qlotov dueti 2000 metr məsafəni bu dəfə 6 dəqiqə 54 saniyə 540 mikrosaniyəyə qət etmişlər. Bununla da azərbaycanlı cütlük dünya çempionatında özlərinin ən yüksək şəxsi göstəricisinə nail olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]