TEYMUR RƏCƏBOV SÜRƏTLİ ŞAHMAT ÜZRƏ DÜNYA KUBOKUNUN SAHİBİ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sürətli şahmat üzrə Dünya kuboku uğrunda turnir yanvarın 7-də Teymur Rəcəbovun parlaq qələbəsi ilə başa çatmışdır. Yarışlar Odessanın “Londonskaya” mehmanxanasında keçirilirdi.
Soydaşımız finalda rusiyalı Aleksandr Qrişşuka 2,5:1,5 hesabı ilə qalib gələrək, Dünya kubokuna və 40 min ABŞ dollarına sahib olmuşdur.
Bu mötəbər turnirdə 7 ölkədən yüksək reytinqli 16 qrossmeyster iştirak edirdi. Pyotr Svidler (Rusiya, 2763), Aleksey Şirov (İspaniya, 2755), Vasili İvançuk (Ukrayna, 2751), Boris Gelfand (İsrail,2737), Teymur Rəcəbov (Azəbaycan, 2735), Sergey Karyakin (Ukrayna,2732), Dmitri Yakovenko (Rusiya, 2720), Aleksandr Qrişşuk (Rusiya, 2711), Yudit Polqar (Macarıstan, 2707), Pavel Elyanov (Ukrayna, 2692), Ernesto İnarkiyev (Rusiya, 2681), Anatoli Karpov (Rusiya, 2655), Yevgeni Nayer (Rusiya, 2634), Aleksandr Şabalov (ABŞ, 2622), Boris Savçenko (Rusiya, 2589) və Yuri Drozdovski (Ukrayna, 2574) kimi şahmatçılarla mübarizədə soydaşımızın qələbəsi daha sanballı görünür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]