Təyyar Eyvazov: Bu mövsümdə indiyədək ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanda epidemioloji vəziyyət diqqətlə izlənir. Bu mövsümdə indiyədək ölkə ərazisində qripin H1N1variantı (donuz qripi) aşkarlanmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, hərarət, başağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə şikayət edən şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və belə halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır.
Təyyar Eyvazov xatırladıb ki, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]