Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Jerusalem Post”: “Xocalıda azərbaycanlılara qarşı soyqırımı”

Bakı, 26 fevral, AZƏRTAC

Keçən həftə İsrailin Akko şəhərinin bələdiyyəsi, Azərbaycan Evi, əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi və “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı tarixdə ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım gününü birlikdə qeyd ediblər.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun bu tədbirə həsr olunmuş “Xocalıda azərbaycanlılara qarşı soyqırımı” sərlövhəli məqaləsi İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilib (bax: https://www.jpost.com/Magazine/The-genocide-of-Azerbaijanis-in-Khojaly-581363).

“Xocalıya ədalət!” ("Justice For Khojaly") beynəlxalq informasiya kampaniyası çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş tədbirdə və Xocalı soyqırımı qurbanlarına həsr edilmiş sənədli fotosərginin açılışında İsrail Knessetinin və Azərbaycan Milli Məclisinin deputatları, İsrailin siyasi partiyalarının və ictimai təşkilatlarının nümayəndələri, İsrail Dövlətinin bələdiyyə hakimiyyət orqanlarının rəhbərləri iştirak ediblər.

Məqalə müəllifi qeyd edir ki, Xocalıda törədilmiş soyqırımı aktı XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olub. İsrailli ekspert yazır: “Erməni millətçiləri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər və qəddarlıqlar barədə dünyanın məlumatı daha çox olmalıdır. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində həmişəlik sağalmaz yara kimi qalacaq.

Ermənilər Xocalı şəhərini hədəf kimi seçərkən onların məqsədi nə idi?

Onlar strateji xarakterli məqsədlərdən əlavə, Xocalını ta qədim dövrlərdən zəmanəmizə qədər tarixi və mədəni irsi əks etdirən bir məskən kimi məhv etmək istəyirdilər. Xocalı-Gədəbəy mədəniyyəti xüsusi bir mədəniyyət kimi hələ eramızdan əvvəl XVI əsrdə tarixə düşüb. Burada son Tunc dövrünə və erkən Dəmir dövrünə aid qəbirüstü abidələr - kurqanlar və nekropollar, habelə memarlıq abidələri - dəyirmi sərdaba (1356-1357-ci illər) və məqbərə (XIV əsr) aşkar edilib. Arxeoloji qazıntılar zamanı bu ərazidə daş, tunc və sümükdən hazırlanmış müxtəlif bəzək əşyaları, keramikadan məişət əşyaları tapılıb. Xocalıda tapılmış muncuqlardan birinin üzərində Assuriya çarı Adadnerarinin (e.ə. 807-788-ci illər) adı həkk olunub.

Xocalının işğalı nəticəsində qədim məzarlıqlardan biri olan Xocalı qəbiristanlığındakı bütün mədəniyyət abidələri texnikanın köməyi ilə məhv edilib. Bu, ermənilər tərəfindən dünya mədəniyyətinə qarşı törədilmiş vəhşiliyin və vandalizmin əyani nümunəsidir”.

Arye Qut vurğulayır ki, şəhərə hücum tanklardan, zirehli transportyorlardan və toplardan, “Alazan” raketlərindən, “Qrad” və “Uraqan” qurğularından, həmçinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayına məxsus döyüş texnikasından istifadə edilməklə iki saat davam etmiş artilleriya atəşi ilə başlanıb.

Arye Qut yazır: “Xocalı üç tərəfdən mühasirəyə alınmışdı, yanğın demək olar ki, bütün şəhəri bürümüşdü. Yerli sakinlərin çoxu hücumun ilk saatlarında atılan mərmilərdən həlak oldu.

Xocalıya hücum əməliyyatında MDB qoşunlarına məxsus 366-cı motoatıcı alayın hərbi qulluqçuları fəal iştirak ediblər. Buna baxmayaraq, MDB Birləşmiş Silahlı Qüvvələrinin mətbuat mərkəzi əvvəlcə bu faktı qəti inkar edirdi. 1992-ci il martın 11-də “Krasnaya zvezda” qəzeti komandanlığın qəti əmrlərinə baxmayaraq, 366-cı alayın döyüş əməliyyatlarında iştirak etməsi faktını təsdiqlədi. Alay təxliyə edilərkən desantçılar hərbi qulluqçulardan bir neçəsinin üstündə axtarış aparmış və onların üstündə böyük məbləğdə, o cümlədən xarici valyuta şəklində pul olduğunu aşkar etmişdilər”.

Məqalə müəllifi 1992-ci ilin əvvəlində 97-ci əlahiddə mühəndis bölməsində xidmət etmiş Yuri Girenkonun sözlərini sitat gətirir. Y.Girenko təsdiqləyib ki, Xocalıya hücumda 366-cı motoatıcı alayın əsasən erməni millətindən olan hərbi qulluqçuları iştirak ediblər. Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində yazır: “Sual olunur: necə olub ki, ermənilərlə azərbaycanlılar arasında qarşıdurma yaranmış qaynar nöqtədə dislokasiya edilmiş sovet batalyonunda hərbi qulluqçuların çoxu ermənilər olub? Bu sualın cavabı gün kimi aydındır. Bütün bunlar əvvəlcədən planlaşdırılıb, götür-qoy edilmişdi. Onu da nəzərə almaq lazımdır ki, batalyon yaxşıca silahlanmışdı, Azərbaycan kəndlərinin sakinləri isə bu hücumdan xeyli əvvəl tamamilə tərksilah edilmiş, hətta onlarda olan ov tüfəngləri də əllərindən alınmışdı.

Xocalı hadisələrinə qayıdaq. Alayda xidmət edən ermənilər başqa millətlərdən olan əsgərləri və könüllüləri də toplayaraq Xocalıya qanlı hücuma başladılar. Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan Xocalı şəhəri bircə gecə ərzində yandırıldı və dağıdıldı. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Artıq danılmaz tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalını və onun ətrafını tərk etməyə macal tapmamış şəhər sakinlərindən heç kəsə rəhm etməyiblər.

Gecə saat 2-də Xocalı sakinləri şəhəri tərk etməyə çalışarkən onlar avtomat və pulemyotlardan açılan atəşlə məhv ediliblər”.

İsrailli ekspert yazır: “Bu vəhşiliklər nəticəsində Xocalı sakinlərindən 613 nəfər öldürülüb, 487 adam şikəst olub. Aralarında qocalar, qadınlar və uşaqlar da olan 1275 dinc sakin əsir götürülüb, ağlasığmaz məhrumiyyətlərə, təhqirlərə və alçaldılmağa məruz qalıb. Onların yeganə “təqsiri” azərbaycanlı olmaları idi. Xocalı sakinlərindən 150 nəfəri şəhərin şərq hissəsində dərhal qətlə yetirildi. Camaat vahiməyə düşdü. Hara baxsan cəsədlərlə dolu qan qarışıq qar idi. Qaçqınların bir hissəsi Qarqar çayını keçə bildilər. Dinc sakinlər yaxınlıqdakı dağlarda gizlənməyə çalışırdı, lakin səhərə yaxın onların çoxu soyuqdan donub öldü. O gecə donub ölmüş adamları saymaq mümkün deyildi. Bu insanların çoxu statistik hesabatlarda hələ də “itkin düşmüş” sayılır”.

Məqalə müəllifi yazır ki, Xocalının bütün sakinləri öldürüləndən, girov götürüləndən və ya şəhəri tərk edəndən sonra erməni əsgərlər Xocalını öz nəzarətləri altına götürdülər. Bu, həm də qırğının miqyasını gizlətmək üçün edilirdi. Arye Qut vurğulayır: “Azərbaycan helikopterləri meyitləri götürməyə çalışır, lakin daim atəşə məruz qalırdılar. Həlak olanların çoxunun cəsədi əsasən yük maşınları ilə daşınırdı. Lakin faciənin 150 qurbanının yeri hələ də məlum deyil. Ermənistan tərəfindən Xocalıda törədilmiş qanlı qırğın beynəlxalq hüquqa, Cenevrə konvensiyalarına və BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmiş İnsan Haqları Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələrinə ziddir”.

A.Qutun sözlərinə görə, azərbaycanlıların öz doğma yurdundan qaçqın düşməsi İkinci Dünya müharibəsindən sonra Avropada baş vermiş ən kütləvi hadisələrdən biridir. Odlar Yurdu və onun aldadılmış, xəyanət edilmiş xalqı dəhşətli əzablarla üzbəüz qalmışdı. Xocalı hadisələri Azərbaycan ərazilərinin işğalının və etnik təmizləmənin, dəhşətli qəddarlıq qarşısında vahimə yaradılmasının növbəti mərhələsi idi.

Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalının sağ qalmış, lakin Ermənistan silahlı qüvvələri tərəfindən tutulmuş sakinləri ilə dəfələrlə görüşmüşəm. İnanın, bu insanlar ermənilərin qəddarlığı və vəhşiliyi barədə elə dəhşətli epizodlar danışırdılar ki, bu barədə yazmaq, hətta ucadan danışmaq da çətindir. Onlar məruz qaldıqları işgəncələrin izlərini bizə göstərirdilər”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Xocalıda yalnız dinc sakinlər qətlə yetirilib. Onları yalnız azərbaycanlı olduqlarına görə öldürürdülər. Ermənilər şəhəri tərk etmək istəyən qocalara və uşaqlara da rəhm etməyiblər. Bu faciənin mahiyyətini məhz soyqırımı anlayışı əks etdirir.

Əli Həsənov deyib: “Azərbaycan dövləti Xocalı haqqında həqiqəti dünyaya bildirməklə və izah etməklə, bu faciənin qurbanlarının xatirəsinə abidələr ucaltmaqla erməni xalqına münasibətdə düşmənçilik aşılamaq niyyətində deyil. Biz istəyirik ki, dünya birliyi erməni xalqının uzun müddət hakimiyyətdə olmuş cinayətkar nümayəndələrini tanısın. Biz onların əməllərinin mahiyyətini dünyaya göstərmək istəyirik ki, bu cür qanlı faciələr bir daha təkrarlanmasın”.

Sonra məqalə müəllifi oxuculara Xocalı soyqırımı şahidlərinin dediklərini oxumağı təklif edir.

Rusiya Hərbi Hava Qüvvələri helikopterinin pilotu, mayor Leonid Kravets: “Mən Stepanakertdən yaralıları daşıyır və Əsgəran qapılarından geri qayıdırdım. Yerdə parlaq ləkələr gözümə dəydi. Helikopteri bir qədər endirdim, bu arada mənim bortmexanikim qışqırdı: “Baxın, orada qadınlar və uşaqlar var”. Mən özüm də görürdüm ki, iki yüzə yaxın cəsəd yamaca səpələnib. Meyitlərin arasında silahlı adamlar gəzişirdi. Sonra biz cəsədləri götürmək üçün həmin ərazinin üstündə uçurduq. Yerli milis kapitanı da bizimlə idi. O, kəlləsi dağıdılmış 4 yaşlı oğlunu görəndə az qala dəli oldu. Bizi atəşə tutmağa başlayana qədər daha bir uşaq götürə bildik. Onun başı kəsilmişdi. Hara baxsan qadınların, uşaqların və qocaların eybəcər hala salınmış cəsədləri görünürdü. Onların çoxu qaçmağa cəhd edərkən yaxın məsafədən açılan atəşlə öldürülmüş, bəzilərinin üzü eybəcər hala salınmışdı”.

Xocalının keçmiş meri Elman Məmmədov: “80-ci illərin ortalarına qədər Xocalı Dağlıq Qarabağda kiçik bir şəhər idi. 90-cı illərin əvvəlində qaçqınların - Ermənistandan olan azərbaycanlıların və Özbəkistandan olan meshet türklərinin hesabına şəhərin əhalisi artmağa başladı. Sakinlərin sayı 10 minə çatanda Xocalı azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra Dağlıq Qarabağda ikinci şəhər oldu”.

Azərbaycanın Əməkdar inşaatçısı, hazırda İsrail vətəndaşı olan İsay Svirski: “Mən Xocalını tikənlərdən biriyəm. Burada xoşbəxt, dinc, olduqca qonaqpərvər insanlar yaşayırdı, milli düşmənçilik hissi onlara yad idi. Bu insanlar öz uşaqlarını böyüdür, xoşbəxt gələcək barədə düşünür, evlər, yollar, məktəblər, uşaq bağçaları və körpələri evləri tikirdilər. Heç vaxt ağlıma gəlməzdi ki, orada belə hadisə baş verə bilər”.

Xocalıdan olan rabitəçi Dürdanə Ağayeva: “Mənim susmağa haqqım yoxdur. Mən erməni əsirliyindən salamat çıxmışam. Xocalıdan qaçan, meşədən keçərək xilas ola bilmiş insanlar mənim başıma gələnləri görməyiblər. Onlar müharibəni görüblər, amma erməniləri görməyiblər. Baş verən hadisələr barədə hər şeyi danışmayanlar haqsızdırlar. Uşaqlarımız hər şeyi bilməlidirlər, düşmənlərinin kim olduğunu bilməlidirlər. Düşmənə qalib gəlmək üçün bu, vacibdir.

Müharibə başlananda və Xocalı mühasirəyə alınanda mənim qardaşım səngərlərdə vuruşurdu, mən isə rabitəçi kabinəsində döyüşürdüm. Bizim bütün ailəmiz döyüşürdü. Atışma başlayanda qonşumuz bizi dərhal öz zirzəmisinə çağırdı. Təxminən saat 11-in yarısında qonşumuz Şərqiyyə xala və onun qızı İradə dedilər ki, deyəsən atışma səngiyib. Biz evimizə getdik. Lakin məlum oldu ki, ermənilər adamları sakitləşdirmək üçün taktiki hiylə işlədiblər. Onlar aerodromu tutmaq üçün qəflətən hücuma keçdilər. Qapı açıldı və bərk qorxmuş qonşumuz Abdulla dayı göründü. Onun ailəsi də bizim yanımızda idi. O dedi: “Burada nə toplaşmısınız? Adamlar meşədən keçərək qaçırlar!..”

Biz zirzəmidən çıxanda bütün ətrafımız al qırmızı rəngdə idi - ardınca qırmızı işıq buraxan güllələrin izi dəhşətli mənzərə yaratmışdı. Biz sürünə-sürünə meşə tərəfə yönəldik. Hərdən qaça-qaça gedirdik, atəş şiddətlənəndə isə qarın üstü ilə sürünürdük. Bu vaxt mənim topuğuma güllə dəydi. Artıq qaça bilmirdim, sürünmək də çətinləşmişdi. Sonrası yadımda deyil.

Özümə gələndə bütün ətraf qan içində idi. Kolların, ağacların üstünə qanlı paltarlar atılmışdı - görünür, adamlar qaça bilmək üçün əyinlərində olan paltarları atmağa məcbur idi. Uşaqların, kişilərin meyitlərinin sayı-hesabı yox idi... Gecə huşumu itirdim, ayılanda artıq səhər idi. Biz sürünə-sürünə Ağdamın Şelli kəndinə yaxınlaşdıq. Bu yerdən kəndə piyada 10 dəqiqəlik yol olardı.

Dönüb geri baxdım - məndən arxada qonşumuz Valeh və onun arvadı Səadət gəlirdilər. Onlar yaxın vaxtlarda evlənmişdi. Səadət hamilə idi. Mənim gözümün qabağında Səadətin qarnına bir güllə, sonra bədəninin müxtəlif hissələrinə daha bir neçə güllə dəydi. Atəşə tutulmuş Valeh əli ilə başına döyə-döyə dəli kimi bağırırdı: “Səadət! Səadət!” Səadət məndən bir yaş kiçik idi, 19 yaşı vardı, Valeh isə məndən 3 yaş böyük idi. Mən Valehə yaxınlaşıb dedim: “Valeh, qorxma, o, sağalacaq”. Valeh isə heç nə eşitmir, yalnız “Səadəti öldürdülər, Səadət daha yoxdur!”, - deyə təkrarlayır, əli ilə başına döyürdü...

Ətrafa baxdım, amma nə anamı, nə qardaşlarımı, nə də nənəmi gördüm. Güllələr yağış kimi yağırdı. Mən bir kənara süründüm, ölümdən yaxasını qurtarmağa çalışan adamların öz əlləri ilə qazdıqları xəndəyə düşdüm. Yenə ətrafa boylandım və bu anda qabaqdakı kiçik bir çuxurda qardaşımı gördüm. O, al-qan içində idi. Sifəti palçıqla örtülmüşdü, özü yamaca söykənmişdi. Güllə sağ böyrünə dəymişdi. Valeh artıq arvadının cəsədini qoruya bilmirdi. Mənim arxamca o da həmin xəndəyə süründü. Xankəndidən olan Qamboy adlı qaçqın da 5 yaşlı oğlu ilə birlikdə bizim yanımızda idi. Biz hamımız: qardaşım, mən, Valeh, Qamboy və onun oğlu cərgə ilə bu xəndəkdə yerləşdik. Elə bu vəziyyətdə əsir düşdük”.

Məqalə müəllifi Arye Qutun fikrincə, yaxın vaxtlara qədər müasir Ermənistanda hakimiyyətdə olmuş adamlar - keçmiş prezident Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş prezident Robert Koçaryan və onlarca terrorçu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmənin və azərbaycanlılara qarşı qətliamın təşkilində bilavasitə iştirak ediblər.

İsrailli ekspert vurğulayır: “Çoxsaylı materiallar və videosənədlər, habelə faciə şahidlərinin ifadələri Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksəkvəzifəli şəxslərinin Xocalı qırğınında iştirakını təsdiq edir. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri hətta xarici KİV-lərə müsahibələr verməyə də utanmayıblar.

Onlar həmin müsahibələrdə Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşicəsinə cinayətlərə görə öyünüblər. Serj Sarkisyanın bu sözlərini heç kəs unutmayıb: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik”.

Xocalıda ağlasığmaz qəddarlıq və vəhşiliklə törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonunda ən dəhşətli faciələrdən biridir. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi həmişəlik qalacaq”.

Qutun fikrincə, bu, Azərbaycanın dinc vətəndaşlarının - Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu qanlı qırğın və soyqırımı aktı nəticəsində öz ailələri, uşaqlıq dünyası, arzuları və gələcəyi məhv edilmiş insanların kədəri və ağrısıdır.

Lakin Xocalıda törədilmiş soyqırımı aktı qurbanlarının qohumlarının bir ümumi ağrısı var: bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər hələ də beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılmayıb və cəzasız qalıblar. İkinci Dünya müharibəsindən sonra Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verməli olmuş nasistlərin əksəriyyətindən fərqli olaraq, Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi şəkildə qətlə yetirilməsinin ideoloqları və icraçıları müasir Ermənistan Respublikasında azad yaşayırlar. Cinayət cəzasız qalmamalı, Xocalıda bu soyqırımı aktını təşkil etmiş və həyata keçirmiş cinayətkarlar cəzalandırılmalıdırlar!”

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsini bu sözlərlə bitirir: “Biz Xocalıya ədalət tələb edirik!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər