Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Washıngton Times”: Azərbaycanda bütün xristian məbədləri bərpa edilib

“The Washıngton Times”: Azərbaycanda bütün xristian məbədləri bərpa edilib

Vaşinqton, 8 dekabr, AZƏRTAC

“The Washıngton Times” qəzetində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Azərbaycanda bütün xristian məbədləri bərpa edilib” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllifin sözlərinə görə, altı həftəlik müharibə başa çatandan sonra Azərbaycan ərazilərini otuz ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələri öz ölkələrinə qayıdıblar. İndi barışmaq və dağıdılanları bərpa etmək vaxtıdır, lakin bəzi beynəlxalq KİV-lər əsassız olaraq belə ittihamlar irəli sürürlər ki, guya Azərbaycan bu ölkədəki xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” törətməyi planlaşdırır.

Belə iddiaları “sübut etmək” üçün dini abidələrin sovet dövründə dağıdılmasına əsaslanan fərziyyələr irəli sürülür. Keçmiş SSRİ-nin bütün ərazisində dini binalar dağıdılırdı. Bütün sovet məkanında dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada pravoslav kilsələri, Azərbaycanın paytaxtı Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.

Müasir Azərbaycanda bunun tam əksi olan siyasət həyata keçirilir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan çoxkonfessiyalı irsin bərpa edilməsinə tərəfdar olduğunu bütün dünyaya nümayiş etdirib. Bakıdakı erməni kilsəsi 1990-cı ildə hərc-mərclik dövründə zədələnəndən sonra tam bərpa olunub. Hikmət Hacıyev vurğulayır ki, hazırda bu kilsədə yerləşən kitabxanada beş minə yaxın qiymətli erməni əlyazması saxlanılır. Bir neçə il bundan əvvəl Erməni Kilsəsinin başçısı Bakıdakı kilsənin fəxri qonağı olub. Azərbaycan hökuməti tərəfindən Bakıda ayrılmış ərazidə yeni katolik kilsəsi tikilib, bu kilsənin açılışında Roma Papası şəxsən iştirak edib. Köhnə sinaqoqlar bərpa edilib, yeniləri açılıb, yeni yəhudi məktəbləri tikilib.

Azərbaycan hökuməti respublika hüdudlarından kənarda - Vatikan katakombaları, Fransada roman kilsələri, Strasburq kilsəsinin vitrajları kimi dini abidələrin bərpası layihələrinə maliyyə yardımı göstərib. Ona görə də dünya Azərbaycan rəhbərliyinə inana bilər və inanmalıdır, çünki ölkə rəhbərliyi bizim bu sözlərimizi öz əməli fəaliyyəti ilə təsdiq edir. Azərbaycan rəhbərliyi açıq elan edib ki, işğal nəticəsində dağıdılmış Qarabağ regionunda xristian və müsəlman irsini bərpa edəcək. UNESCO-nun da həmin layihədə iştirak edəcəyini bildirməsi alqışa layiqdir.

Prezidentin köməkçisi daha sonra yazır ki, Azərbaycan tərəfi 1990-cı illərin əvvəlində 700 minə yaxın azərbaycanlının qovulduğu ərazilərdə ermənilər tərəfindən dağıntılar törədilməsini bilirdi. Dağıdılmış evlərin və dini binaların şəkillərini “Google” axtarış sisteminin xəritələrində görmək olardı. İndi isə bütün bunları əyani şəkildə görmək mümkündür. İşğal nəticəsində 700-dən çox tarix və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox artefaktın saxlandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert zalı zədələnib və ya məhv edilib.

Ermənistanın bu dağıdıcı siyasəti hələ də davam edir: BBC teleşirkətinin noyabr ayında nümayiş etdirdiyi kadrlarda işğal altında olan əraziləri üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq tərk edən ermənilər tərəfindən “azərbaycanlıların oraya gələ bilməmələri üçün” evlərin yandırılması aşkar görünür.

Hikmət Hacıyev yazır: “Biz hesab edirik ki, Azərbaycanın müxtəlif mədəniyyətlərə və dinlərə həssas münasibəti ibrət götürülməli nümunədir. Bu gün bizim ölkədə azərbaycanlılarla birgə yaşayan minlərlə yəhudi və xristian müsəlman qonşuları ilə birlikdə öz dininə açıq etiqad edir, öz mədəniyyətini təbliğ edir.

2016-cı ildə Papa Fransisk Bakıda səfərdə olarkən müsəlman, yəhudi və xristian dini liderləri ilə görüşdə xüsusi qeyd edib ki, bu ölkədə “dinlərin qarşılıqlı münasibətləri və xoş niyyətləri əsasında harmoniya qurula bilməsi” təqdirəlayiqdir.

Biz bəzi şəxslərin uydurma ittihamlarını qəbul edə bilmərik ki, guya Azərbaycan xristian irsinə qarşı təhlükə mənbəyidir. Azərbaycanı işğaldan bu yaxınlarda azad edilmiş ərazilərdə xristian irsinə təhdid yaratmaqda ittiham edənlər nəzərə almalıdırlar ki, Azərbaycan ölkənin qalan ərazisində dini binaları bərpa edib və dini etiqad mərasimlərini təşviq edib”.

AZƏRTAC-ın Vaşınqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanada ABŞ-nin avtomobillərinə tarif tətbiq etməsinə cavab verəcək

“Politico”: Aİ öz vəzifəli şəxslərinə qarşı kiberhücumları ilin əsas təhdidlərindən biri adlandırıb

Tahir Gözəl: “Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram

Uels klubu “Sabah”ı tarixi nəticəyə görə təbrik edib

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

"Sabah"ın futbolçusu: Meydana daxil olanda uşaqlar deyirdi ki, sən qol vuracaqsan

Hindistanda dörd qolu və dörd ayağı olan körpə dünyaya gəlib

Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçisiyəm

Coy Lens Mikels: Çox çətin oyun oldu

“Sabah”ın özbəkistanlı futbolçusu: Liqa mərhələsinə yüksələcəyimizə inanırdıq

Suriya Demokratik Qüvvələrinin buraxıldığı elan olunub

ABŞ-da bayraqlar bir həftə yarıyadək endiriləcək

Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Fransanın vergi idarəsinə haker hücumu: yüzlərlə zərərçəkən dövlətə qarşı kollektiv iddia qaldırır

Salyanda ölümlə nəticələnən yol qəzası olub

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB 10

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

Ekspert: Gələcəkdə əsas təhlükə AI-nin özü deyil, insanların ondan necə istifadə etməsi olacaq

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur

Bu saata olan əsas xəbərlər

“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

Tramp ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş verib

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan-Özbəkistan münasibətləri regional strateji maraqların vəhdətinə əsaslanır ŞƏRH

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azərbaycan-Özbəkistan münasibətləri dövlətlərarası əməkdaşlıqdan ortaq inkişaf modelinə yüksəlir - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib

Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır ŞƏRH

Şirin Məlikova: Milli İncəsənət Muzeyinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirakı bizim üçün xüsusi əhəmiyyət kəsb edən hadisə oldu

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Azərbaycan-Özbəkistan aqrar əməkdaşlığında yeni imkanlar yaranır – ŞƏRH

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

® Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

İsmayıllı, Ağsu və Qəbələ sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Pakistanlı kinorejissor: Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

“F-Holding”in təsisçisi: Azərbaycan-Özbəkistan əməkdaşlığında iqtisadi potensial tam reallaşdırılmalıdır

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında bu il torpaq üzrə 803 nümunə qəbul edilib

Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib

Bakı Dövlət Universitetinə tələbə qəbulu üçün qeydiyyat “mygov” üzərindən aparılacaq

Münsiflər heyətinin sədri: Film sahəsindəki gənclərimizin yaradıcılığında böyük potensial görürük

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

Almaniya daha 23 əfqan miqrantı deportasiya edib

Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ ortaq regional gücün formalaşdırılmasıdır RƏY