TOBOLSKDA SİBİRDƏ İSLAMIN YAYILMASINA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏKDİR
İslamın Sibirdə yayılmağa başlamasının 610 illiyinə həsr edilən forumda müsəlmanların Qərbi Sibirə tarixi yolu işıqlandırılacaq, hazırkı həyatda İslamın fəlsəfi mövqelərindən və müasir tərbiyədə İslam mədəniyyətinin ənənələrindən, şəriət məsələlərindən, vətəndaş hüququndan və digər problemlərdən danışılacaqdır.
Konfransın əsas məqsədlərindən biri regionda millətlərarası və dinlərarası sabitliyi qoruyub saxlamaq yollarını axtarmaq və bu zəmində münaqişələrin qarşısını almaq, Tümen vilayətində və ümumən Rusiyada İslam dini və mədəniyyətini inkişaf etdirməyin perspektivlərini müəyyənləşdirmək, regionda İslam mədəni irsini öyrənmək, qorumaq və yaymaqdır.
Tobolsk Dövlət tarix-memarlıq muzeyinin fondlarında saxlanılan qədim əlyazmalarda göstərilir ki, 1394-1395-ci illərdə Orta Asiyadan Qərbi Sibirə 366 şeyx gəlmiş və onlar Sibir tatarlarının əcdadları arasında İslamı yaymağa başlamışlar.