“Tokio-2020”: Atletimiz Oloxan Musayev mübarizəni medalsız başa vurub
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan komandasının Tokio Paralimpiadasında bayraqdarı Oloxan Musayev mübarizəni medalsız başa vurub.
AZƏRTAC xəbər verir ki, atletimiz nüvə itələmə yarışında 11,89 metr nəticə ilə beşinci olub.
Dünya rekordu müəyyənləşdirən braziliyalı Uolles Santos 12,63 metrlik göstərici ilə qızıl medal qazanıb.
Ruci Ruci (Bolqarıstan) gümüş, polşalı Lex Stoltman bürünc medala sahib olublar.
Qeyd edək ki, Azərbaycanın hesabında 5 medal var. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]