Tom Kruz 40 illik aktyorluq fəaliyyətindən sonra ilk “Oskar” mükafatını alıb
Bakı, 17 noyabr, AZƏRTAC
Məşhur amerikalı aktyor Tom Kruz kinoda 40 ildən artıq fəaliyyəti dövründə “Oskar”a dörd dəfə namizəd göstərilsə də, heç vaxt qalib gəlməyib. AZƏRTAC bu barədə “Bild” nəşrinə istinadla xəbər verir. O, ilk fəxri mükafatını Los-Ancelesdə alıb. Mükafat noyabrın 16-da əsas “Oskar” mərasimindən ayrı keçirilən “Governor Awards” mərasimində təqdim edilib.
Kruz əvvəllər “Ən yaxşı aktyor” və Cerri Maquayrın “Maqnoliya” filmi ilə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyalarında, eləcə də “Top Gun: Maverick” filminin prodüseri kimi bu mükafata namizəd göstərilmişdi.
Fəxri “Oskar” mükafatı kino sənayesində ən nüfuzlu mükafatlardan biri hesab olunur: keçmiş mükafatçılar arasında Çarli Çaplin, Cudi Qarlend, Federiko Fellini, Frensis Ford Koppola və Spayk Li var. İndi isə Hollivudda pandemiyadan sonra kino sənayesinin dirçəlişinə verdiyi töhfəyə görə “kinonun xilaskarı” kimi tanınan Tom Kruz bu siyahıya qoşulub.
Kruz təkcə rolları ilə deyil, həm də “Mission Impossible” serialında riskli tryukları, həmçinin Stenli Kubrikdən tutmuş Pol Tomas Andersona qədər ikonik rejissorlarla birgə işi ilə məşhurlaşıb.
Əvvəllər süni intellektdən istifadə etməklə çəkilmiş filmlərin də indi “Oskar” mükafatına layiq görüləcəyi bildirilir.