Tomskda təyyarənin qəza enişi zamanı həlak olan yoxdur
Moskva, 16 iyul, AZƏRTAC
Rusiyanın Tomsk vilayətində qəza enişi etmiş “An-28” təyyarəsinin bütün sərnişinləri və heyət üzvləri sağdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Tomsk vilayəti üzrə Baş İdarəsindən məlumat veriblər. Kedrovi şəhərindən Tomsk şəhərinə uçan “An-28” təyyarəsi vilayətin Bakçarsk rayonunda qəza enişi edib. Hazırda hadisə yerinə FHN-in “Mi-8” helikopteri ilə xilasedicilər göndərilib.
Təyyarədə 14 sərnişin və 3 heyət üzvü olub. İlkin ehtimala görə, qəzaya səbəb təyyarənin mühərrikinin sıradan çıxmasıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]