Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpaq çərşənbəsi - təbiətin oyanışı

Torpaq çərşənbəsi - təbiətin oyanışı

Bakı, 14 mart, AZƏRTAC

Bu gün Novruzun axırıncı çərşənbəsi - Torpaq çərşənbəsidir.

AZƏRTAC AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Torpaq çərşənbəsi haqqında qeydlərini təqdim edir.

Professor Azad Nəbiyev “Torpaq çərşənbəsi” oçerkində İlaxır çərşənbə mərasiminin Selə, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə yaşatdığını göstərir. Bu fikir əslində İlaxır çərşənbəyə məntiqi baxımdan obyektiv elmi yanaşmanı əks etdirir. Özündən əvvəlki digər üç çərşənbənin ayin və mərasimlərini də özündə cəmləşdirməklə müşayiət olunan Axır çərşənbə mahiyyətcə həm də bu çərşənbələr sıralanmasının yekun aktı, çərşənbələr silsiləsinin pik nöqtəsidir. Hər biri müvafiq olaraq yaradıcı təbiət stixiyasının qışın ağır çilləsindən xilasolma bayramı kimi keçirilən bu çərşənbə şənlikləri nəticədə öz yekun akkordunu Novruz bayramına təhvil-təslim edir. Bu təhvil-təslim coşqusu qışın ağır çillələri üzərindəki qələbə sevincini estafet olaraq Novruz bayramına ötürür. Kədər paylaşanda - bölüşəndə azaldığı kimi, sevinc hissləri də bölüşəndə çoxalır. Özündən əvvəlki üç çərşənbənin sevincini də öz üstünə qalaqlayan İlaxır çərşənbənin sevincin kulminasiya həddi kimi yüksək təmtəraqla müşayiət olunması təbiiliyi əks etdirir. Üstəgəl İlaxır çərşənbə də bu bayram coşqusunu estafet olaraq Novruz bayramına həvalə edir. Təbiətin sevinci ilə cəmiyyətin sevinci də bu məqamda üst-üstə düşməklə, necə deyərlər, M.Müşfiq demişkən, “qiyamət üstündən qiyamət olur”. Təbiətin sirri budur: insan da təbiətlə həmrəy olanda, təbiətlə özün bütöv görəndə səmimiyyət və xoşbəxtlik yaşanır. İlaxır çərşənbə (eləcə də Novruz bayramı) mahiyyətcə təbiətlə cəmiyyətin bir araya gəlməsi, bütövlük nümayiş etdirməsi bayramıdır. İnsanlar bu bayramlarda sanki təbiətlə dil tapıb ünsiyyət qura bilirlər, təbiətin dili ilə danışmağı bacarırlar: “Adamlar dan yeri söküləndə bulaq başına gedər, axar suda əl-üzlərini yuyar, sonra arxın üstündən atlanardılar. Qız-gəlinlər səhənglərinin dibinə yeddi balaca daş salardılar. Özü də həmin daşları bulağın gözündən götürərdilər. Kişilər isə üç böyürtkən qanadı qırıb evə gətirər, qapının, darvazanın başına, ya da astanasına keçirərdilər. Səhəngə salınan yeddi daş, eləcə də böyürtkən qanadları o biri ilin son çərşənbəsinədək orda qalardı. Yeniyetmələr və cavanlar özləri gəzib qapı ağzına dəsmal, ya da papaq atardılar. Ev sahibləri onların papağına şirni, qoz, fındıq, qovurğa qoyub qaytarardılar. Əgər dəsmal atan oğlan birinin qızını istəsəydi, onda dəsmalın qırağını düyünləyərdi. Ata-ana qızlarını ona nişanlamağa razı olsa, dəsmalın düyününü açar və qızın belinə bağlayardı. Razı olmasalar, dəsmala şirni qoyub geri qaytarardılar”.

Tədqiqatçı Kəmalə Osmanovanın təqdimatından gətirdiyim bu folklor örnəyində adamların dan üzü bulaq başına getmələri və s. kimi ayin və hərəkətlər icra eləməyi fonunda sanki insanların təbiətlə - bulaqla, səhəngə bulağın gözündən yeddi daş götürüb atmaqla, habelə yeniyetmələrin qapılara dəsmal və ya papaq atmaqları ilə simvol dilində ürəklərində niyyət tutmaqla sorğu-suallarına həmin əşyalarla davranışın müqabilində cavab almaqları və s. bu kimi amillər elə bil ki, insanların təbiət dilində danışmalarıdır. Magik davranışlarla, rituallar vasitəsilə arzu-niyyətlərini ifadə eləmələri sosial ünsiyyətin bioloji-təbii əsaslarla baş tutmasıdır. Buna “lal dili” də demək olar. Lal adamlar bir-birlərini hərəkət və mimikalarla anladıqları kimi, İlaxır çərşənbələrdə də tutulan niyyətə müvafiq olaraq görülən tədbirin nəticəsi - dəsmal atan oğlanın istədiyi qızla bağlı verdiyi üstüörtülü işarəyə aldığı rəmzi cavabın timsalında - təbiətin dilində əşyalar vasitəsilə aldığı cavab idi.

Bəli, İlaxır çərşənbənin (eləcə də Novruzun) sirli-sehrli əlamətlərindən biri də bu bayram(lar)da insanların təbiətlə bir aurada nəfəs almaları, hətta Süleyman peyğəmbərin bildiyi “quş dilinə” vaqif ola bilmələridir. Bizim üçün adi günlərdə edə bilməyəcəyimiz qeyri-adi hərəkətlərimizin məhz bu bayram günlərində təbiiliklə, adiliklə qarşılanması özü də “quş dili”ndən xəbər verən əlamətdir. Ayrı-ayrı bölgələrə məxsus olan bu folklor nümunələrində xalqımızın bayramla bağlı mifik inanclara söykənən xoş diləkləri, pak arzu və niyyətləri özünün parlaq ifadəsini tapmışdır.

El-obada addanar,

Şirin olar, daddanar.

Gah attanar, yellənər,

Gah alışar, oddanar.

Açması Axır çərşənbə olan bu tapmacada da xalqımızın bayramla bağlı bədii-poetik düşüncələri ifadə olunmuşdur. Yaxud:

Mal etsən malın olar,

Şanında balın olar.

Yazda, yayda çullanar,

Qış fəsli yalın olar.

Cavabı torpaq olan bu tapmacada isə xalqımızın torpaqla bağlı metaforik düşüncələri əksini tapmışdır. Torpaq çərşənbəsinin keçirilməsindən əsas niyyət isə “qış vaxtı yalın olan” torpağın əzizlənməsi hesabına əyninə baharın yaşıl libasının geyindirilməsi - tapmacada deyildiyi kimi, “yazda, yayda məxməri otlarla, rəngbərəng təbii örtüklə çullanmasıdır”. İlin sonuncu çərşənbəsini torpaq ünsürü ilə əlaqələndirən tədqiqatçılara görə, məhz torpaq çılpaq - yalın əyninə yaşıl libas geyinməklə qışın ağır çilləsindən qurtulmuş olur və beləliklə təbiət öz Bahar adlı zərli-zibalı, təravətli taxtına oturmuş olur. Tapmacaların ifadə olunduğu metaforik dil də əslində “quş dili” kimi möcüzəvi - əsrarəngiz bir dildir və insanlar bu füsunkar dillə də torpağı əzizləyib-öyməklə onu qışın ağır soyuq çilləsindən çıxarmağı düşünmüşlər. Beləliklə, torpağın payızda və qışda əynindən çıxartdığı yaşıl libasını təzədən əyninə taxmaqla onun məhsuldar olmasını və bol ruzi-bərəkət verməsini arzulamışlar. İlaxır çərşənbədən sonra gələn Novruz bayramı da özlüyündə elə barlı-bəhərli yaz fəslinin gəlişini simvollaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb