“Tottenham” ilin sonunadək ev oyunlarını “Uembli”də keçirəcək
Bakı, 27 oktyabr, AZƏRTAC
İngiltərənin “Tottenham” futbol klubunun yeni stadionunun açılış tarixi hələ məlum deyil.
AZƏRTAC footballhd.ru saytına istinadən xəbər verir ki, klubun prezidenti Daniel Levi azarkeşlərə verdiyi açıqlamasında, ən azı bu ilin sonunadək ev oyunlarını “Uembli” stadionunda keçirəcəklərini bildirib: “Mən özüm stadionun açılış tarixini bilmək istərdim, amma indiyədək bu, mümkün deyil. Yeni stadionun açılışı bir sıra mühüm amillərdən asılıdır. Bir şeyi dəqiq deyə bilərəm ki, biz ən azı dekabrın 29-dək burada qalacağıq".
Xatırladaq ki, “Tottenham”ın yeni stadionunun açılışı təhlükəsizlik problemləri üzündən dəfələrlə təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]