Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib VİDEO
Tovuz, 17 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Qovlar kəndində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisəyə “Hyundai” markalı yük maşını ilə “Vaz 2106” markalı minik maşınının toqquşması səbəb olub. Qəza zamanı minik maşınının sürücüsü, Tovuz rayonu Alakol kənd sakini Şakir Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.