REGİONLAR
Tovuzda yük maşını aşıb, sürücü xəsarət alıb VİDEO
Tovuz, 22 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 445-ci kilometrliyində, rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “DAF” markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı yük maşınının sürücüsü, Türkiyə vətəndaşı Şəmistan Yılmaz xəsarət alıb. Sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıta səfərdə olub
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]