Toxumluq kartof məhsulunda zərərvericilər aşkarlandı
Bakı, 14 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “AFKO Təminat” MMC-nin Gürcüstandan idxal etdiyi toxumluq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərvericilər - kartof yumrularında halqavari çürümə və kartof güvəsi tırtıl mərhələsində aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.