“Toyota” istehsalatın bir hissəsini Avropaya köçürməyi qərara alıb
Bakı, 27 may, AZƏRTAC
“Toyota” şirkəti “GR Corolla” idman avtomobili istehsalatının bir hissəsini Böyük Britaniyaya köçürmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Yaponiyanın avtomobil nəhəngi Şimali Amerikaya ixracatı artırmaq məqsədilə Burnaston rayonunda istehsalat xəttinin inşasına təxminən 56 milyon dollar sərmayə yatıracaq. Həmin müəssisədə Şimali Amerika bazarına göndərilməsi üçün ildə 10 min avtomobil istehsalı planlaşdırılır.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu addım ABŞ Prezidenti Donald Trampın avtomobil idxalına tətbiq etdiyi rüsumlara cavab kimi qəbul edilməməlidir.
Bu arada, Ağ ev Böyük Britaniyadan avtomobil idxalına rüsumları on faizə endirmək qərarına gəlib. Yaponiya isə ABŞ-ın bütün avtomobil idxalına tətbiq etdiyi 25 faizlik rüsumun aradan qaldırılmasına çalışır.
Donald Trampın tarif siyasəti səbəbindən Yaponiyanın “Toyota”, “Sony” və “Mizuho” kimi böyük şirkətləri 27,6 milyard dollaradək zərər riski ilə üzləşib. ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağı təqdirdə nəticələr daha acınacaqlı ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]
İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib
- 08.06.2026 [11:58]
Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər
- 08.06.2026 [11:35]
Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]