Tramp: İranla razılaşma əldə olunmasa, növbəti hərbi əməliyyat keçirə bilərik
Vaşinqton, 24 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə, bu ölkəyə qarşı növbəti hərbi əməliyyatın keçirilə biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Floridada keçirilən aralıq seçkilər öncəsi təşviqat mitinqində çıxışı zamanı danışıb.
“Biz daha bir kiçik “Epik Qəzəb” əməliyyatı keçirə bilərik, yaxud onlar razılaşmaya gedəcəklər”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp İran rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamasının məqsədəuyğun olduğunu qeyd edib.
“Əgər ağıllıdırlarsa, sadəcə deyəcəklər ki, gəlin, işə başlayaq. Amma bilirsiniz, onların bunu edəcəyinə şübhə edirəm. Çünki ola bilsin, o qədər də ağıllı deyillər”, – deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [22:42]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]