Tramp Latın Amerikası ölkələrində narkotiklə mübarizə üçün hərbi koalisiya yaradıldığını elan edib
Bakı, 8 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədi daşıyan hərbi koalisiyanın yaradıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Floridada bir neçə Latın Amerikası ölkəsinin liderləri ilə görüşdə bildirib.
Trampın sözlərinə görə, təşəbbüsün iştirakçıları narkotik qaçaqmalçılarına qarşı əməliyyatlarda ordudan istifadə edilməli olduğu barədə razılığa gəliblər.
EFE xəbər agentliyi bildirir ki, Braziliya və Meksika görüşdə iştirak etməyib. Trampın sözlərinə görə, Meksika ABŞ-ın narkotik kartelləri ilə mübarizə təkliflərini rədd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]