Tramp Vaşinqtonda Milli Qvardiya əsgərlərinin sayını 500 nəfər artırmaq barədə tapşırıq verib
Vaşinqton, 27 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp iki əsgərin güllələnməsindən sonra paytaxt Vaşinqtonda Milli Qvardiya əsgərlərinin sayını 500 nəfər artırmaq barədə tapşırıq verib. AZƏRTAC-ın məlumatına görə, bu barədə Müharibə katibi Pit Heqset açıqlayıb.
"Bu hadisə yalnız Vaşinqtonu təhlükəsiz və gözəl etmək əzmimizi daha da artıracaq. Cinayətkarlığın azalması, təhlükəsizlik və mühafizənin artması tarixi bir addımdır. Lakin cinayətkarlar bu kimi zorakılıqlar etmək istəyirlərsə, biz heç vaxt geri çəkilməyəcəyik", - deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]