TRANZİT YÜKDAŞIMALARDA GÖMRÜK RÜSUMLARI PLASTİK KARTLARLA ÖDƏNİLƏCƏKDİR
Ödənişlərin plastik kartlarla aparılması barədə “Gömrük kartı” layihəsinin reallaşdırılması istiqamətində ilk əməliyyatlar bu ilin avqust ayında başlanmışdır.
Gələn ildən gömrük rüsumları VİSA sistemli kartlarla ödəniləcəkdir. Məqsəd dövlətlər arasındakı sərhədlərdən tranzit yüklərin keçirilməsini sürətləndirmək, ümumiyyətlə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yükdaşımaların intensivliyini artırmaq və yükləri mənzil başına daha tez çatdırmaqdır.