TURAB MƏMMƏDOV KİYEVDƏ BOKS ÜZRƏ BİRİNCİLİYİN QALİBİ OLMUŞDUR
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, Kiyevdə bu ölkənin boks üzrə birinciliyi başa çatmışdır. Ən yaxşı dəri əlcək ustaları dörd gün öz məharətlərini nümayiş etdirmişlər.
Həmyerlimiz Turab Məmmədov 60 kiloqramadək çəki dərəcəsində çempion olmuşdur. Gənc yaşına baxmayaraq (o, 1986-cı il təvəllüdlüdür), idman ustası T.Məmmədov artıq dünya və Avropa çempionatlarının mükafatçısıdır.
Turab öz idman həyatını Ukrayna Dövlət Vergi Akademiyasının ikinci kursunda təhsil ilə uğurla birləşdirir.
Fevralın 28-də Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev diplomatik nümayəndəliyimizdə Turab Məmmədovu qələbə münasibətilə səmimi təbrik etmiş, ona yeni-yeni idman nailiyyətləri və təhsildə müvəffəqiyyətlər arzulamışdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]