“Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib
Bakı, 18 may, AZƏRTAC
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, komanda “Sumqayıt”ın sabiq çalışdırıcısı Ayxan Abbasova tapşırılıb.
Qırx yaşlı mütəxəssis Tovuz klubu ilə bütün məsələlərdə razılığa gəlib. Onun köməkçilərindən biri əvvəllər də birgə çalışdığı Elnur Çodarov olacaq.
A.Abbasov “Turan Tovuz”un baş məşqçi postunda Əfqan Talıbovu əvəz edəcək.
Xatırladaq ki, A.Abbasovun son klubu “Sumqayıt” olub. O, daha əvvəl “Zirə”yə rəhbərlik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]