Turizm Assosiasiyası və Macarıstanın ölkəmizdəki səfirliyi birgə komissiya yaradır
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ilə Macarıstanın ölkəmizdəki səfirliyi arasında birgə komissiya yaradılır. Bu barədə razılıq AZTA-nın sədri Nahid Bağırovla Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi arasında keçirilən görüşdə əldə olunub.
AZTA-dan AZƏRTAC-a bildirilib ki, birgə komissiyanın fəaliyyəti ikitərəfli turizm axınına dəstəyin göstərilməsindən ibarət olacaq. Assosiasiya quruma üzv olan nümunəvi şirkətlərin siyahısını hazırlayaraq yaxın günlərdə səfirliyə təqdim edəcək. Həmçinin AZTA üzvləri üçün xüsusi viza qeydiyyatı prosedurlarının tətbiqini təklif edib.
Tərəflər qarşılıqlı infoturların və görüşlərin keçirilməsi barədə qərara gəliblər.