“Türk dillərinin intensivlik qrammatikası” kitabı çapdan çıxıb
Bakı, 9 yanvar, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Türk dillərinin intensivlik qrammatikası” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktorları professorlar Qəzənfər Kazımov və Mahirə Hüseynova, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Xəyalə Mürsəliyeva və Zamiq Təhməzovdur.
Kitabda ilk dəfə türk dillərinin intensivlik kateqoriyasının leksik, qrammatik, frazeoloji və s. özəllikləri işıqlandırılıb. Dilin bütün sferalarında intensivlik əlamətinin yaranmasının səbəbləri və ifadə vasitələri müəyyənləşdirilib. Nəşrdə fonetik, qrafik, leksik, morfoloji, sintaktik və frazeoloji vasitələrin rolu təyin olunub.
Kitabdan universitet tələbələri, magistrlər, elmi işçilər və müəllimlər istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]