TÜRK FİLMLƏRİ FESTİVALI BAŞA ÇATMIŞDIR
Özden Cankaya və Serpil Kırelin ssenarisi əsasında kinorejissor Sehim Kaplanoğlunun 2000-ci ildə lentə aldığı “Hər kəs öz evində” psixoloji filmində hadisələr daha çox üç nəfərin - qoca Nasihinin, onun qardaşı oğlu Selimin və gəmi kapitanı olan atasını axtarmaq üçun İstanbula gəlmiş rus qızı Olqa ətrafında cərəyan edir.
Əsas rollarda bu Erol Keskin, Tolqa Çevik, Anna Bielska, Özlem Çınar, Şükran Güngör və başqaları çəkilmişlər.
Həmin gün görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun əsərindən istifadə olunmaqla Ali Özgentürkün ssenarisi əsasında kinorejissor Arif Yılmazın çəkdiyi “Sərv boylum, al yanaqlım” filmi də nümayiş etdirilmişdir.
Filmin quruluşçu operatoru Çetin Tunca, musiqi tərtibatçısı Cahit Berkaydır.
Kinosevərlər hər iki filmi maraqla qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]