TÜRK TARİXÇİSİNİN VƏ AMERİKA ALİMİNİN HAZIRLADIĞI SÜJET ABŞ ERMƏNİLƏRİNİ QƏZƏBLƏNDİRMİŞDİR
“Vaşinqton Post” qəzetinin məlumatına görə, ermənilər bu süjetin efirə getməməsi üçün kampaniyaya başlamış və elektron poçtu vasitəsilə 6 min imza toplayaraq, müəlliflərə və televiziya şirkətinə göndərmişlər. Professor MkKarti isə qəzetə müsahibəsində həmin dövrün tarixinin çox mürəkkəb olduğunu bildirərək, 1,5 milyon erməninin öldürüldyünə dair sübutların olmadığını diqqətə çatdırmışdır. O, 3 milyon türkün də həlak olduğunu qeyd edərək demişdir ki, “Əgər iki tərəfin bir-birini öldürməsini söyləmək məni soyqırım əleyhdarı edirsə, onda mən həqiqətən də bu soyqırımı inkar edirəm”.