Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunmuş onlayn konsert təşkil edilib
Bakı, 13 mart, AZƏRTAC
Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunmuş onlayn formatda konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert TÜRKSOY-un və Türkmənistan Mədəniyyət Nazirliyi ilə birgə reallaşıb.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə yanaşı, digər türkdilli xalqların orkestrləri maraqlı proqramla çıxış ediblər. Orkestrimizin ifasında səslənən türkmən xalq mahnısı “Bibican” mahnısının özünəməxsus koloritlə səsləndirildiyinə görə Türkmənistan Mədəniyyət Nazirliyi kollektivə, eləcə də bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayevə və kollektivin direktoru Əməkdar mədəniyyət işçisi Elçin Abbasova təşəkkür edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]