TÜRKİYƏ ALPİNİSTLƏRİ DÜNYANIN ƏN UCA ZİRVƏSİNİ FƏTH ETDİLƏR
Türklər Himalay dağlarına yürüşə apreldə başlamış və Everestin ən uca nöqtəsinə mayın 15-də çatmışlar.
Lakin şaquli xətt üzrə yürüşü 11 idmançıdan yalnız dörd nəfər başa çatdırmağa müvəffəq olmuşdur. Türkiyə alpinizminin tarixinə öz soyadlarını yazmış xoşbəxtlərdən biri olan xanım Maviş də oksigen cihazından istifadə etməmiş və ağlasığmaz çətinliklərə mətanətlə sinə gərərək, kişilərlə birlikdə Everestin “dam”ına çıxmışdır. O, aylı-ulduzlu qırmızı Türkiyə bayrağını zirvədə qürur hissilə ucaltmışdır. Bu, çox çətin yürüşdə onu xüsusi kostyum və şlemlə yanaşı, çarşab da hifz etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]