Türkiyə hökumətinin növbəti iclası keçirilib
Ankara, 3 noyabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İzmirdə baş verən son dağıdıcı zəlzələnin ağır nəticələri və fəsadlarının aradan qaldırılması üçün görülən kompleks tədbirlər barədə geniş məlumat verilib.
Yüz on nəfərin dağıntılar altından cansız çıxarıldığını, 833-ü xəstəxanadan buraxılmaqla 1027 nəfərin yaralandığını diqqətə çatdıran dövlət başçısı bildirib ki, təbii fəlakət nəticəsində evsiz qalan vətəndaşlar üçün konteyner şəhər salınacaq. Prezident Rəcəb Tayyib Ərdoğan həmçinin, zəlzələ nəticəsində evsiz qalan vətəndaşlar üçün binaların tikintisi, digər sosial-iqtisadi məsələlər, eləcə də koronovirus infeksiyası ilə mübarizə tədbirlərinə dair hökumətin qərarları barədə ictimaiyyəti məlumatlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]